AZ

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində!

“Qarabağ” Çempionlar Liqasının (ÇL) 2025-26 mövsümünə II təsnifat mərhələsindən başlayacaq.

Msport.az xəbər verir ki, bu, PSJ-nin turnirin finala yüksəlməsi sayəsində reallaşıb.

Həlledici matçda iştirak edəcək PSJ ilə “İnter” daxili çempionatlarından ÇL-in Liqa mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Yəni turnirin qalibi olacaq komanda növbəti mövsüm üçün yerini çoxdan təmin edib.

Bu da turnirin təsnifat mərhələlərində çıxış etməli olan klublardan ən yüksək reytinqlisinin Liqa mərhələsinə yüksəlməsinə yol açıb. Bu isə Yunanıstan çempionu “Olimpiakos”dur.

Belədə II təsnifat mərhələsində bir komanda azalıb və ilk raundda oynamalı olan ən reytinqli iki 2 növbəti mərhələyə yüksəlib. Bunlar isə “Slovan” (33,500) və “Qarabağ”dır (32,000).

Seçilən
0
msport.az

1Mənbələr