23.06.2025-ci il tarixdə “Qusar Aqrotexservis” ASC-nin (bundan sonra – cəmiyyət ) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Qusar şəhəri, Şərifov 19 küçəsi ünvanında yerləşən cəmiyyətin inzibati ofisində saat 12:00 -a təyin edilib.
Yığıncağın gündəliyini aşağıdakı məsələ təşkil edir:
2024-cü il üzrə cəmiyyətin maliyyə hesabatlılığının müzakirəsi və təsdiqi.
Cəmiyyətin səhmdarları yığıncağın gündəliyini təşkil edən məsələ üzrə zəruri məlumatlarla Qusar şəhəri, Şərifov küçəsi 19 ünvanında yerləşən cəmiyyətin inzibati ofisinə müraciət edərək tanış ola bilər. Əlaqə nömrəsi: 0502504001