Almaniyada rəsmən fəaliyyətə başlayan yeni hökumət qanunsuz miqrasiyaya qarşı dərhal mübarizəyə başlayıb.
Sitat.info “Bild” nəşrinə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Aleksander Dobrindtin Almaniyanın quru sərhədlərində bütün miqrantların qanunsuz keçidinin qarşısının alınması üçün sərhəd nəzarətinin daha da sərtləşdirilməsi barədə əmr imzalayıb.
Əmrə əsasən, hazırda 11 min nəfər heyəti olan sərhəd xidməti 2-3 min nəfərlik əlavə qüvvə ilə gücləndiriləcək.
Həmçinin, qanuni yaşayış sənədi olmayan və sığınacaq tələbi irəli sürən üçüncü ölkə vətəndaşlarının Almaniyaya girişinə icazə verilməsinə dair 2015-ci ildə federal polisə verilmiş şifahi göstəriş də ləğv edilib. /“Qafqazinfo”