AZ

Pakistan hava məkanı, demək olar, tamamilə açıqdır

Pakistan Mülki Aviasiya İdarəsi ölkənin əksər hava limanlarının, o cümlədən İslamabad Beynəlxalq Hava Limanının normal iş rejiminə qayıtdığını açıqlayıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti quruma istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan hava məkanı mülki aviasiya üçün açıq və təhlükəsizdir. Eyni zamanda, İslamabad, Ravalpindi və Karaçi bölgələrində hava əlaqəsi tam bərpa edilib. Lakin İslamabad və Lahor arasındakı bəzi uçuşlar “əməliyyat səbəbləri ilə 9 may saat 12:20-dək bütün yüksəkliklərdə qapalı olacaq”.

Seçilən
0
1
missiya.az

2Mənbələr