Bakı. Trend:
Amerikanın “AeroVironment” şirkəti yüksək avtonom kamikadzedronu olan “Red Dragon”u ictimaiyyətə təqdim edib.
Trend xəbər verirki, bu barədə “The War Zone” (TWZ) nəşri məlumat yayıb.
Təqribən 45 kiloqram çəkisi olan dron ilk dəfə ABŞ-də keçirilən“SOF Week” konfransında nümayiş olunub. Elektriklə işləyən bupilotsuz uçuş aparatı katapult vasitəsilə havaya buraxılır və“optional man-in-the-loop” konsepsiyasına əsasən idarə olunur, yənioperatorun müdaxiləsi məhduddur.
“Red Dragon” avtomatik hədəf tanıma və təsviruyğunlaşdırılmasına əsaslanan vizual naviqasiya sistemi ilə təchizedilib. Dron GPS siqnalı olmayan mühitlərdə də fəaliyyət göstərəbilir – bu zaman yerin müəyyənləşdirilməsi üçün lazerməsafəölçənləri, sürət və optik sensorlardan istifadə edir.