Mayın 8-dən yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində rejissor Hamdi Alkanın təqdim etdiyi “Baldız” türk komediyasının nümayişi başlayır.
Filmdə Oya Başar, Asuman Dabak, Ayşegül Asar, Pedro Karami, Damla Aslanalp və Emel Müftüoğlu kimi aktyorlar yer alıb.
Ekran işi parlaq xarakterlər və gülməli süjetlərlə dolu bir komediyadır: bir tərəfdə həm sevimli, həm də qısqanc bir bacı, digər tərəfdə isə sevgi uğrunda hər şeyə hazır olan kiçik bacı və onların arasında qalan çarəsiz bir kürəkən.
Bu ailə qarşıdurmasından kim qalib çıxacaq?
Filmin yaş həddi 18+ təyin olunub.