AZ

Lahorda bir neçə partlayış baş verib, Hindistana məxsus PUA-nın qəzaya uğradığı bildirilir

Bakı. Trend:

Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor şəhərində bir neçəpartlayış baş verib.

Trend xəbər verirki, bu barədə Samaa TV polis mənbələri və yerli sakinlərə istinadənməlumat yayıb.

Partlayış səsləri şəhərin Qopal-Naqar və hava limanıyaxınlığındakı Nəsirabad ərazilərindəki Uolton şossesində eşidilib.Polis mənbələrinin məlumatına görə, Hindistana məxsus pilotsuz uçanaparat (PUA) burada qəzaya uğrayıb.

Elektron mübarizə sistemlərindən istifadə nəticəsində havaməkanında tıxac yaranıb və təxminən 1,5–1,8 metr ölçüsündə olankəşfiyyat PUA-sının Hindistan ərazisindən idarə edildiyibildirilir.

Bundan başqa, Lahorun mərkəzində yerləşən Askari 5 rayonunda daiki güclü partlayışın olduğu və Dəniz Kollecinin binasından tüstüqalxdığı qeyd olunur. Sakinlər də partlayış səslərinitəsdiqləyib.

Hadisə yerinə artıq xilasedicilər və polis qüvvələri cəlbolunub.

Seçilən
0
az.trend.az

1Mənbələr