AZ

KİV: Tramp BMT-ni İsrailin Qəzzaya humanitar yardım çatdırılması planını dəstəkləməyə çağırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası BMT-ni, humanitar təşkilatları və müttəfiqləri İsrailin Qəzzaya məhdud humanitar yardımın nəzarətli çatdırılması üzrə yeni planını dəstəkləməyə çağırır.
 
Bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən bildirib.
 
“Tramp administrasiyası Birləşmiş Millətlər Təşkilatının, humanitar təşkilatların və ABŞ müttəfiqlərinin Qəzzada məhdud həcmdə humanitar yardımın paylanmasının bərpası üçün Yerusəlimin ciddi nəzarət edəcəyi şərtlərlə İsrailin yeni planında iştirak etməsində israr edir”, – nəşr bildirib.
 
Qəzetin yazdığına görə, ABŞ BMT və əksər digər təşkilatlar bu plana qatılmaqdan imtina etdikdən sonra yeni planı fəal şəkildə təşviq etməyə başlayıb.
Seçilən
0
2
moderator.az

10Mənbələr