Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Gürcüstandakı əlaqələr ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüş keçirib.
Senzor.az bildirir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat verilib.
Qeyd edək ki, Aleksandr Vinnikov ötən gün Bakıda ADA Universitetində çıxış edib və Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafını müzakirə edib.