“Lester” futbolçusu Ceymi Vardinin həyat yoldaşı Rebekka Vardi “Mançester Yunayted” sabiq hücumçusu Ueyn Runinin xanımı Koul Vuni ilə məhkəmə prosesindən məğlub çıxıb.
Publika.az xəbər verir ki, nəticədə böyük məbləğdə cərimələnib. Bu barədə “The Telegraph” məlumat yayıb.
Rebekka Vardi Koul Vunini böhtanda ittiham edərək məhkəməyə verib. Səbəb isə 2019-cu ildə Koul Vuninin onu şəxsi məlumatları mətbuata ötürməkdə və onun haqqında nüfuzuna xələl gətirən şayiələr yaymaqda ittiham etməsi olub. Qadınlar uzun müddət yaxın dost olsalar da, bu qalmaqal münasibətləri tamamilə pozub.
2022-ci ilin iyulunda məhkəmə Rebekka Vardinin iddiasını rədd edib və onu məhkəmə xərclərinin 90 faizini – yəni təxminən 1,5 milyon funt sterlinqi ödəməyə məcbur edib. 2024-cü ilin avqustunda Vardi bu məsələni 1,1 milyon funt sterlinq ödəməklə bağlamağı təklif etsə də, qarşı tərəf bu təklifi rədd edib.