“Suriya vəziyyəti sabitləşdirmək üçün İsraillə vasitəçilər vasitəsilə dialoq aparır”.
“Qafqazinfo” “AL Jazeera” telekanalına istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa deyib.
“Vəziyyəti sakitləşdirmək və onun nəzarətdən çıxmasının qarşısını almaq üçün vasitəçilər vasitəsilə İsraillə dolayı danışıqlar aparılır”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsrail və Suriya arasında gizli danışıqlar aparması ilə bağlı məlumatlar yayılıb.