AZ

Məktəbin həyəti şagird yerinə itlə doludur

Son zamanlar Sumqayıtda küçə itləri ilə bağlı vəziyyət getdikcə təhlükəli hal alır. Xüsusilə məktəb yaxınlığında sərbəst şəkildə dolaşan itlər azyaşlı uşaqlar üçün real təhlükəyə çevrilib. Valideynlər narahatdır, çünki aidiyyəti qurumlar xəbərdarlıqlara baxmayaraq hələ də ciddi tədbir görməyib.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yerləşən 27 nömrəli tam orta məktəbin həyətində sərbəst dolaşan küçə itləri şagirdlər üçün təhlükə mənbəyinə çevrilib.

Sakinlər bildirirlər ki, məktəbin ətrafında və binanın həyətində itlər sürü halında gəzir, bir neçə dəfə məktəblilərə hücum cəhdləri qeydə alınıb. 

Valideynlər və yerli əhali uşaqların həyatının risk altında olduğunu bildirir və məsuliyyətli qurumlardan dərhal tədbir görülməsini gözləyirlər.


Seçilən
0
3
news24.az

4Mənbələr