Səudiyyə Ərəbistanı Pro Liqasının 2024/2025 mövsümünün 30-cu turunun "Əl-Nəsr" və "Əl-İttihad"ın qarşılaşdığı matç başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Ər-Riyaddakı “Əl-Avval Park” stadionunda baş tutan matçda qonaqlar 3:2 hesabı ilə qalib gəlib
Hesab üçüncü dəqiqədə açılıb. "Əl-Nəsr"in yarımmüdafiəçisi Sadio Mane fərqlənib. 37-ci dəqiqədə Ayman Yəhya komandasının fərqini ikiyə çatdırıb. 49-cu dəqiqədə Əbdülrəhman Əl-Obudun ötürməsindən Kərim Benzema qola imza atıb. 52-ci dəqiqədə N'Qolo Kante Muhannad Əl-Şankitinin ötürməsi ilə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Houssem Aouar qonaqları hesabda irəli çıxararaq matçın yekun hesabını təyin edib - 2:3.
30 oyundan sonra “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda 60 xal toplayıb. “Əl-İttihad” eyni sayda oyundan 71 xalla birinci yerdədir