AZ

Ukraynanın səfiri İlham Əliyevə təşəkkür etdi – SƏBƏB (FOTO)

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

KONKRET.az xəbər verir ki, o, bu təşəkkürünü “X” sosial şəbəkəsində Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, əl sıxışma emojisi ilə müşayiət edib.

Bu jest İlham Əliyevin bu il Moskvada keçiriləcək ənənəvi 9 May Qələbə Paradında iştirak etməyəcəyinə dair yayılan xəbərlərin fonunda gəlib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovun təsdiqlədiyi məlumata görə, Azərbaycan lideri tədbirdə iştirak etməyəcək.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr