AZ

KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək

Türkiyə və İsrail nümayəndələri sabah Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər.

“Report” İsrailin “Kan 11” telekanalına istinadən xəbər verir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib.

Mənbələrin məlumatına görə, İsrail təhlükəsizlik sahəsində iki əsas tələbi səsləndirmək niyyətindədir: öz sərhədləri yaxınlığında qarşı tərəfin silahlı birləşmələrin mövcudluğunun istisna edilməsi, həmçinin İsrailin milli təhlükəsizliyinə təhdid yarada biləcək strateji silah növlərinin Suriyada yerləşdirilməsinə yol verilməməsi.

Seçilən
0
3
report.az

6Mənbələr