AZ

Makron Suriyaya qarşı sanksiyaların ləğvini TƏLƏB ETDİ

Fransa Prezidenti Emmanuel Makron və Suriya Prezidenti Bəşşar əl-Şaraa Parisdə keçirdikləri birgə mətbuat konfransında bir sıra mühüm açıqlamalarla çıxış ediblər. Tərəflər ikitərəfli münasibətlərdə və Suriya məsələsinə beynəlxalq yanaşmada yeni mərhələnin başlandığını bəyan ediblər.

KONKRET.az xəbər verir ki, Makron Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların dərhal ləğv olunmasının vacibliyini vurğulayıb.

“Suriya uzunmüddətli bərpa dövrünə ehtiyac duyur. Bu xalq artıq kifayət qədər əziyyət çəkib. Biz indidən konkret addımlar atmalıyıq.” , – deyə Fransa prezidenti qeyd edib.

Öz növbəsində Prezident Bəşşar əl-Şaraa İsraillə birbaşa danışıqların mümkünlüyündən danışıb:

“Bəzi vasitəçilər üzərindən təmaslar olub və biz sülhün mümkünlüyünü istisna etmirik. Amma bu proses üçün əsas şərt İsrailin işğal olunmuş ərazilərdən çəkilməsidir.”

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr