“Fənərbağça” klubunun prezidenti Ali Koç yerli mətbuat açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin rəhbəri komandanın cari mövsümkü uğursuzluğunun ardından istefa verib-verməyəcəyi barədə danışıb:
“İstefa verməyi doğru hesab etmirəm. Joze Mourinyo ilə davam edəcəyik. Mən inanıram ki, o, bizi çempion edəcək. Mənim üçün 2, bəzi dostlara görə isə 3 çempionluğumuz oğurlanıb. Yeni mövsümdə 4 top səviyyəli futbolçu transfer edəcəyik”.
Xatırladaq ki, “Fənərbağça” lider “Qalatasaray”ın 8 xal gerisindədir.