Gədəbəydə intihar hadisəsi baş verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.
Kənd sakini 1939-cu il təvəllüdlü Hümbət Həsənov yaşadığı evdə özünü asıb.
86 yaşlı kişinin meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.