AZ

Ukrayna PUA-ları Moskvaya hücum edib

Hava hücumundan müdafiə sistemləri Ukrayna pilotsuz təyyarələrinin hücumlarına artıq dəf edib.

Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 pilotsuz uçuş aparatını Moskvaya yaxınlaşarkən vurub.

Operativ Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi "Telegram" kanalında məlumat verilib.

Rusiyanın müdafiə naziri Andrey Belousov isə bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri Ukrayna pilotsuz təyyarələrinin hücumlarına artıq dəf edib.

"Şübhəsiz, biz artıq onlarla mübarizə aparmışıq", - Belousov Rusiyanın bayram günlərində Ukrayna Silahlı Qüvvələrinin hücumlarını dəf edə biləcəyi sualına cavabında deyib.

Seçilən
0
operativmedia.az

1Mənbələr