Bakı, 7 May, AZƏRTAC
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “DH Volley Baku” klubu Avropa Qızıl Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millimizi ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisinin İdarə Heyətinin sədri Şeref Yalçın və digər şəxslər yığma üzvləri ilə görüşüblər, onlara gələcək oyunlarda uğurlar arzulayıblar.
Qeyd edək ki, “DH Volley Baku” klubuna Fərid Cəlalov rəhbərlik edir.