Ötən gün Hindistanın Pakistana hücumları nəticəsində ölən və yaralananların sayı artıb.
Sitat.info xəbər verir ki, ölənlərin sayı 31-ə, yaralıların sayı isə 57-yə çatıb.
Qeyd edək ki, mayın 6-da Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Pakistan da öz növbəsində qarşı tərəfin hədəflərinə hücum edib. İki ölkə arasında gərginlik hələ də davam edir.