Səhər yeməyində konfet, peçenye və digər şirniyyatlar yemək sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, səhər yeməyi bütün gün üçün "metabolik ton" təyin edir və insanın əhvalı birbaşa onun keyfiyyətindən asılıdır.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, mütəxəssislərin sözünə görə, şəkərli qidaların əksəriyyəti toxluq mexanizmlərini pozan və iştahı artıran, həddindən artıq yeməyə töhfə verən ultra işlənmiş qidalardır.
Eyni zamanda, onların tərkibində səhər orqanizm üçün lazım olan maddələr demək olar ki, yoxdur. Bundan əlavə, şəkərli səhər yeməyindən sonra qanda qlükozada kəskin artımlar çəki artımına, ürək-damar xəstəlikləri riskinin artmasına və immunitet sisteminin zəifləməsinə səbəb ola bilər.
Ancaq mütəxəssislər şirniyyatdan tamamilə imtina etməməyə də çağırır.
Yeganə