AZ

Ağdaşda musiqiçilərin mübahisəsi qanla bitdiVİDEO

Məclisə bərabər getmək məsələsi musiqiçilər arasında mübahsiəyə səbəb olub. Nəticəsi qanla bitib.

Xezerxeber.az xəbər verir ki, Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb. 60 yaşlı Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. Polis hadisə ilə bağlı əməliyyat keçirib. İddiaya görə,  şübhəli şəxs gitara ifaçısı Əhmədiyə Qurbanov, onu məclisə aparmayan mugənnini bıçaqlayıb. Belə ki, Əhmədiyə Yusifin musiqiçi dəstəsində olub və həmişə birlikdə toy məclislərinə gedirmişlər. Yusif Hüseynov hadisədən bir gün əvvəl rayon ərazisində keçirilən toy məclisində olsa da, həmin toya Əhmədiyə Qurbanovu yox, başqa gitara ifaçısını aparıb. Bunu eşidən Əhmədiyə toy məclisi başa çatandan sonra spirtli içki qəbul edərək evindən bıçaq götürüb, Yusifin evinə gəlib.

O, müğənninin evindən çölə çağırıb və mübahisə edib. Mübahisə davaya çevrilib və Əhmədiyə müğənniyə iki bıçaq zərbəsi endirib. Yusifin yerə yıxıldığını görən gitara ifaçısı hadisə yerindən qaçıb.

Müğənni ailə üzvlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Araşdırmaların nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
xezerxeber.az

1Mənbələr