İtaliya təmsilçisi "Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə müqavilə müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, R. Palladino ötən ildən "bənövşəyilər"i çalışdırır. Onun rəhbərliyi altında "Fiorentina" A seriyasında 35 oyunda 59 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb.
“Cebheinfo.az”