AZ

Hindistanın paytaxtı işıqsız qalıb



Hindistanın paytaxtı Yeni Dehlidə şəhər rəhbərliyi elektrik enerjisini kəsib. Bu barədə Lenta.ru-nun müxbiri məlumat verib.


Hazırda şəhər tamamilə işıqsız qalıb və sakinləri qaranlıqda oturublar. Ehtimal olunur ki, bu, planlaşdırılmış fasilədir – ölkə hakimiyyəti Pakistanla sərhəddə münaqişə ilə bağlı mülki müdafiə təlimləri keçirir. Daha əvvəl Yeni Dehli Bölgəsi Magistratı və Rayon Fəlakət İdarəetmə İdarəsinin rəisi Sunny Kumar Singh bildirib ki, paytaxtda keçirilən mülki müdafiə təlimi əhalini hava hücumu xəbərdarlığına hazırlamaq məqsədi daşıyır. Onun sözlərinə görə, onlar altı fərqli yerdə, o cümlədən məktəblər, bazarlar, ofis binaları və şəhər hava limanında keçirilib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
0
aia.az

1Mənbələr