AZ

Türkiyədə göldə balıq ölümləriARAŞDIRILIR

Türkiyənin Kırklareli şəhərinin Babaeski rayonuna bağlı Terzili kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Redaktor.az xəbər verir ki, kənd sakinləri, heyvanların su ehtiyacını ödəmək və əkin sahələrini suvarmaq üçün istifadə edilən Terzili gölündə çox sayda ölü balıq gördüklərini bildirərək aidiyyəti orqanlara məlumat veriblər.

Müraciət əsasında əraziyə gələn Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi İl Müdirliyi ilə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İl Müdirliyinin əməkdaşları göl suyundan nümunələr götürərək araşdırmaya başlayıblar.

Kənan YUSİF 

 

Seçilən
0
2
redaktor.az

3Mənbələr