AZ

Bu il Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Bu il Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Bu barədə FED.az İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Məlumata görə, İZİA-nın idarəçiliyində olan Ağdam Sənaye Parkında 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla sahibkarlar tərəfindən 85 milyon dəyərində məhsul istehsalı həyata keçirilib. Həmçinin cari ilin I rübündə 63 milyon manatlıq məhsul istehsal olunub.

"Hazırda Ağdam Sənaye Parkında 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Qeydiyyata alınan bu 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2100-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb", - məlumatda vurğulanıb.

"190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 10-dan çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Seçilən
0
11
fed.az

10Mənbələr