AZ

Yayda “Real”ı tərk edəcək ilk futbolçu bilindi

“Real” müdafiəçisi Lukas Vaskes mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, “kral klubu” yayda müqaviləsi başa çatacaq 33 yaşlı oyunçu ilə vidalaşmaq qərarına gəlib.

İspaniyalı müdafiəçini “Liverpul”dan ayrılacağını açıqlayan Trent Aleksander-Arnold əvəzləyəcək.

Vaskes bu mövsüm “Real”da 47 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə verib.

Seçilən
0
msport.az

1Mənbələr