AZ

Moskvada PUA hücumları təsirsiz ötüşmədi - uçuşlar ləğv edildi

Rusiyanın müxtəlif şəhərlərinə, o cümlədən Moskvaya Ukrayna tərəfindən təşkil olunan PUA hücumları səbəbilə hava limanlarında ciddi gecikmələr və ləğvlər yaşanıb.


Manset.az xarici mediaya istinadla bildirir ki, ATOR-un məlumatına görə, Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında ümumilikdə 110, ölkə üzrə isə 350-dən çox uçuş təxirə salınıb. Təxminən 60 min sərnişin vəziyyətdən təsirlənib.

Aviaşirkətlər təhlükəsizlik səbəbindən məhdudiyyətlər və yeni gecikmələr barədə xəbərdarlıq edib.


Seçilən
0
manset.az

1Mənbələr