Amerikalı aktyor Maykl Pitt keçmiş sevgilisinə qarşı seksual təcavüz və zorakılıq ittihamı ilə həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Polisin bildirdiyinə görə, Pitt 2020-ci ilin aprelindən 2021-ci ilin avqustuna qədər baş verdiyi iddia edilən dörd zorakılıq hadisəsində ittiham olunur.
İddia edilən hadisələr aktyorun Buşvikdəki evində baş verib. Qadın cinsi zorakılıqla bağlı şikayətlənib.
Pitt mayın 2-də həbs edilib və bütün ittihamlar üzrə özünü təqsirli bilməyib. Aktyor 100 min dollar girov ödəyib və həbsdən azad edilib.