"Rusiya prezidenti Vladimir Putin çox güman ki, Ukraynadakı müharibəni bitirməyə hələ hazır deyil. O, hələ də bütün ölkəni ələ keçirmək istəyir".
HİT.az xəbər verir ki, bunu "Bild"ə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
"Vladimir Putinin hazır olub-olmadığını bilmirəm. Bəlkə də bütün Ukrayna onun əlində olsaydı, hazır olardı. Sonra deyərdi ki, indi bu müharibəni bitirmək üçün doğru vaxtdır", deyə Duda qeyd edib.
Prezident onu da əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur edə bilir. Lakin o, radikal tədbirlər görməyə hələ hazır deyil:
"Mən əminəm ki, ABŞ prezidentinin əlində Rusiyanı müharibəyə son qoymağa məcbur edə biləcəyi alətlər var. Ola bilsin ki, bu alətlərdən bəziləri çox radikal, çox sərt. Xüsusilə də müxtəlif iqtisadi alətlərdir. Amma mən inanıram ki, prezident Donald Tramp bunu etməyə qadirdir", deyə Polşa prezidenti vurğulayıb.
Bundan əlavə, Duda hesab edir ki, NATO ölkələrinin minimum müdafiə xərcləri ÜDM-in 3%-i olmalıdır. O xatırladıb ki, Soyuq müharibə zamanı belə olub və indi onlar geri qayıdırlar.
Samir