Nikol Paşinyan mayın 9-da Moskvaya Qələbə Paradına gedəcəyini bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvaya gedəcəyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.
Məlumatda qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putinlə telefon danışığı zamanı Rusiya Prezidentinin dəvətini qəbul etdiyini və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək yubiley tədbirlərində iştirak edəcəyini təsdiqləyib.