AZ

Jurnalist Ülviyyə Əli həbs olundu - Yenilənib

Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Onun  “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir.

***

“Meydan TV” işi üzrə aparılan istintaq çərçivəsində saxlanılan jurnalist Ülviyyə Əli (Quliyeva) məhkəməyə çıxarılıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Ülviyyə Əli barəsində 1 ay 29 gün həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Meydan TV” işi ilə bağlı Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağayev, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülvi Tahirov və Nurlan Libre (Qəhrəmanlı) həbs edilib.

Sail Ağasəlim

Seçilən
0
5
qafqazinfo.az

10Mənbələr