"Mançester Yunayted" klubu yay mərkəz hücumçusu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, siyahıya son olaraq "Fiorentina"nın forvardı Moyze Kin daxil edilib. İtaliyalı millisinin üzvünün sərbəstqalma məbləği 50 milyon avrodur. Lakin bu məbləğ yalnız iyulun 1-dən 15-nə qədər aktiv olacaq.

Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.

Kin cari mövsüm əla çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacarıb. O, İtaliya A Seriyasında 29 oyunda 17 qol vurub.