Müğənni Mətanət İsgəndərli konsertində keçmiş gəlininə göstərdiyi münasibətlə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, ötən gün baş tutan konsert zamanı sənətçi ailə üzvlərindən aldığı hədiyyələri qəbul edərkən eks gəlini Canananı görməzdən gəlib. O, Canananın təqdim etdiyi ailə portretini tərs çevirərək yerə qoyub və heç kimin görməməsi üçün hədiyyəni kənara çəkib.
Hadisə zamanı Mətanət xanımın adını daşıyan nəvəsi, anasının verdiyi hədiyyəni götürərək sənətçiyə təqdim olunan gül dəstələrinin üzərinə qoyub və sakitcə yerinə qayıdıb.
Canana isə qarşılaşdığı bu soyuq rəftardan narazı şəkildə yerinə əyləşib. Yaşanan hadisədən sonra zalda sükut hökm sürüb, bütün baxışlar Mətanət İsgəndərlinin üzərinə yönəlib.