AZ

Ümit Karan həbs edildi

“Qalatasaray”ın və Türkiyə milli komandasının sabiq üzvü Ümit Karan həbs olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. Veteran hücumçu təcavüzdə ittiham olunub.

Məhkəmə Ümid Karan barəsində 1 il 8 ay həbs qərarı çıxarıb. 48 yaşlı futbol adamı “Metris” həbsxanasına göndərilib.

Qeyd edək ki, Ümid Karan 2001-2005 və 2005-2009-cu illərdə “Qalatasaray”ın formasını geyinib. O, Türkiyə yığmasının heyətində 10 oyun keçirib və 1 qol vrub.

Seçilən
0
2
operativmm.az

3Mənbələr