AZ

Pakistan Hindistanın terror düşərgələri iddialarını qəti şəkildə rədd etdi


Pakistan Hindistanın ərazisində terror düşərgələrinin olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir. Bu fikir Hindistanın Pakistana çoxsaylı zərbələr endirməsindən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Komitəsinin iclasında qeyd olunub.

Bildirilib ki, mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistanın suveren ərazisi daxilində bir çox məntəqələrə koordinasiyalı raket və PUA zərbələri endirib. Onlar terror düşərgələrinin mövcudluğu bəhanəsi ilə qəsdən mülki əraziləri hədəfə alıb, günahsız insanları öldürüb, mülki infrastruktura, o cümlədən məscidlərə ziyan vurublar. Hindistanın təcavüz aktı həm də körfəz ölkələrinə məxsus kommersiya hava yolları üçün ciddi təhlükə yaradıb, təyyarədə olan minlərlə sərnişinin həyatını təhlükəyə atıb.

Milli Təhlükəsizlik Komitəsi beynəlxalq ictimaiyyəti Hindistanı beynəlxalq norma və qanunları açıq şəkildə pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırır.

ZÜMRÜD

Seçilən
0
1
baki-xeber.com

2Mənbələr