"İŞİD terror təşkilatı ilə əlaqədə olan azərbaycanlılar barədə müzakirələr apardıq".
Moderator.az xəbər verir ki, bu barədə baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bağdadda keçirdiyi mətbuat konfrasında bildirib.
İraq XİN rəhbəri İŞİD terror təşkilatı ilə əlaqədə olan azərbaycanlılar, xüsusən qadın vətəndaşlarla bağlı məsələyə toxunaraq məsələ ilə bağlı koordinasiyanın davam etdiriləcəyini vurğulayıb.