AZ

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim partiyanın yeni sədri seçildi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının yeni rəhbəri seçilib.
 
Bu barədə Moderator.az Gürcüstan KİV-ə istinadən xəbər verir.
 
Məlumata görə, siyasi birliyin qurultayında partiya üzvləri onun namizədinə səs veriblər.
 
"Qurultayın qərarı ilə İrakli Kobaxidze yekdilliklə "Gürcü Arzusu - Demokratik Gürcüstan" vətəndaşların siyasi birliyinin sədri seçilib", - deyə partiyanın icraçı katibi Mamuka Mdinaradze səsvermədən sonra bildirib.
 
Qeyd edək ki, partiya sədri vəzifəsi 2024-cü ilin fevralından bu vəzifədə olan İrakli Qaribaşvilinin aprelin 25-də siyasətdən getdiyini elan etməsindən sonra boşalıb.
 
Kobaxidze ikinci dəfə partiya sədri oldu. O, ilk olaraq 2021-ci ilin yanvarından 2024-cü ilin yanvarına kimi partiyaya rəhbərlik edib.
 
Seçilən
0
1
moderator.az

4Mənbələr