“İdarə olunan boksçu heç vaxt rinqdə improvaziyalar edə bilməz”.


Rekord.az xəbər verir ki, bu barədə boks və fitboks üzrə məşqçi, idman ustası Ramil Məmmədzadə boks sahəsindəki nöqsanlar barədə Axar.TV-yə danışarkən bildirib. 


O, xüsusilə cari ilin martında Serbiyada qadınlar arasında keçirilən boks üzrə dünya çempionatına toxunub. Məmmədzadə sözügedən yarışda boksçularımızın göstəridiyi nəticələri rüsvayçılıq adlandırıb. Məşqçi bu barədə sosial şəbəkə hesabında fikirlərini paylaşdığını, lakin “trol hücumu”na məruz qaldığını bildirib. 


“Mən bir boksçu kimi öz fikrimi bildirmişəm. Amma götürüb "WhatsApp" qrupunda boksçulara göstəriş veriblər ki, ona cavab yazın. Yazın ki, hər şey yaxşıdır və s. Boksçuları sanki robot kimi görürlər. Bu təəssüf hissi doğurur”, - deyə məşqçi vurğulayıb. 


Ramil Məmmədzadənin müsahibəsini tam şəkildə təqdim edirik: