AZ

Hakimin özü-özünə etirazı təmin olundu

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası hakimin özü-özünə etirazı ilə bağlı qərar verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, kollegiya hakimin özü-özünə etirazını təmin edib.

Qeyd edək ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin hakimi Gülsüm Əliyeva obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib. Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər.

Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı – həmin məhkəmənin sədri həll edir.

Cinayət-Prosessual Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən özü-özünə etiraz etmiş hakimin etirazına baxmalı olan məhkəmənin sədri iş üzrə tərəf (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs) Gülnar Səfərəliyeva olduğundan etiraza baxılması məsələsinin məhkəmənin sədri tərəfindən həll edilməsinin cinayət prosessual qanunvericiliyin tələbinə zidd olması nəzərə alınaraq iş və hakimə etiraz baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.

Naxçıvan Şəhər Məhəməsinin sədri hakim Gülnar Səfərəliyeva özü haqqında qərar qəbul etməyib və hakimə etiraz məsələsinə baxmayıb. Hakimin özü-özünə etirazı isə yalnız Azərbaycan qanunvericiliyində yox digər ölkə qanunvericiliklərində də nəzərdə tutulmuş prinsipdir.

Həmin iş üzrə hakimin özü-özünə etirazı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən təmin olunaraq iş baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilib.

Seçilən
0
24
konkret.az

10Mənbələr