AZ

Pakistan Hindistana cavab zərbəsi HAZIRLAYIR – Qərar QƏBUL EDİLDİ

Pakistan Hindiustana cavab zərbəsi hazırlayır.

İnterpress.az xəbər verir ki, Pakistan Milli Təhlükəsizlik Şurasının baş nazir Şahbaz Şərifin sədrliyi ilə keçirilən fövqəladə iclasından sonra ölkə hakimiyyəti BMT Nizamnaməsinin 51-ci maddəsinə müraciət etmək barədə qərar qəbul edib.

Sənəd silahlı təcavüz zamanı özünümüdafiə hüququnu təsdiq edir. Rəsmi bəyanatda Hindistanın hərəkətləri “qorxaq və qeyri-qanuni müharibə aktı” adlandırılıb.

Pakistan rəsmiləri bildirirlər ki, Hindistan Hərbi Hava Qüvvələri terrorçularla mübarizə bəhanəsi ilə Pəncab və Kəşmirdə mülki infrastrukturu hədəfə alıb.

Təsirə məruz qalan ərazilərə Sialkot, Şakargarh, Muridke, Bahavalpur, Kotli və Müzəffərabad daxildir. Strateji obyekt olan Nilum-Celum su elektrik stansiyasına da ziyan dəyib.

Qadınlar və uşaqlar da daxil olmaqla dinc əhali arasında itkilər, məscidlərin dağıdılması barədə məlumatlar var.

Hindistan tərəfi iddia edir ki, zərbələr aprel ayında 26 nəfərin ölümü ilə nəticələnən Kəşmirdə bir qrup turistə hücumda iştirak edən yaraqlıların düşərgələrinə qarşı yönəlib.

Dehlinin sözlərinə görə, əməliyyat “hədəf” olub və iddialara görə, yalnız terror infrastrukturuna qarşı yönəlib.

Pakistan öz ərazisində terrorçu bazaların yerləşdirilməsi ilə bağlı ittihamları qəti şəkildə rədd edir.

Ölkə hakimiyyəti Hindistanın hücumuna heç nə ilə haqq qazandıra bilməyəcəyini və hərbi fəaliyyətlə bağlı olmayan mülki obyektlərə ziyan vurduğunu vurğulayır.

İslamabad cavabın “qətiyyətli və vaxtında veriləcəyini” deyir.

Seçilən
0
1
interpress.az

2Mənbələr