AZ

Türkiyənin istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Bakı. Trend:

Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsininistehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlananuyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) tərəfindən idxala qoyulan müvəqqəti məhdudiyyət aradanqaldırılıb.

Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumutərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüşmüvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyəətraflı məlumat verilib.

Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradanqaldırılması nəzərə alınaraq sözügedən istehsalçının respublikamızaməhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.AQTA-nın qərarı ilə bağlı Türkiyə Respublikası Kənd Təsərrüfatı vəMeşəçilik Nazirliyinə məktub ünvanlanıb.

Seçilən
0
2
az.trend.az

10Mənbələr