AZ

"Qarabağ"a xəbərdarlıq edildi, məşqçi ağır cəza aldı

AFFA "Qarabağ"ın U-10 liqasında mübarizə aparan komandasını cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

"Azərbaycan Qartalları" – "Qarabağ" oyunu bitdikdən sonra "köhlən atlar"ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb. Həmçinin sözügedən matç bitdikdən sonra "Qarabağ"ın azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə komandaya xəbərdarlıq edilib.

Qeyd edək ki, Şöhrət Yusifov ötən ilin yayından bu vəzifədə çalışır.

Seçilən
0
1
football-plus.az

2Mənbələr