Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Çeçenistan rəhbəri Ramzan Kadırov arasında görüş keçirəcəyini açıqlayıb.
“Biz prezidentin bu gün Çeçenistan rəhbəri Ramzan Kadırovla da görüşəcəyini gözləyirik”, - deyə o bildirib.
Daha əvvəl Kadırov onun tutduğu vəzifədən azad edilməsi xahişi ilə bağlı sözlərinin mənasını açıqlayaraq bildirmişdi ki, bu məsələ ilə bağlı qərarı Rusiya prezidenti Vladimir Putin verir.