Lənkəran rayonunda balıqçını elektrik cərəyanı vuraraq öldürüb.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Velədi kəndi ərazisində qeydə alınıb.
1966-cı il təvəllüdlü Əzizağa Ağayev çayda balıq tutmaq istəyərkən qarmağı ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız