AZ

Rəisinin anasından Pezeşkiana məsləhət: "Helikopterdən uzaq dur"

İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı ölkənin keçmiş prezidenti İbrahim Rəisinin anasına baş çəkib. 

News365.az İran KİV-ə istinadən xəbər verir ki, görüş zamanı sabiq prezidentin yaşlı anası Pezeşkiana helikopterdən istifadə etməməyi tövsiyə edib. 

“Helikopterə minməyin!”, - o deyib. 

Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasında həlak olub.

Seçilən
0
8
news365.az

10Mənbələr