Ötən gecə Bakı-Moskva reysi ilə uçan təyyarə Ukraynanın PUA hücumuna görə Saratovdakı ehtiyat aerodroma yönləndirilib.
ONN media xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Qeyd olunub ki, Moskvaya uçan 9 təyyarə Saratovdakı ehtiyat aerodroma yönləndirilib:
“Söhbət Tiflis (Gürcüstan), Qazipaşa (Türkiyə), Bakı (Azərbaycan), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Mineralnıye Vodı, Stavropol və Soçidən (iki reys) uçuşlardan gedir”.
Xatırladaq ki, Moskva meri Sergey Sobyanın ötən gecə paytaxta doğru uçan 5 PUA-nın vurulduğu barədə məlumat yaymışdı.