Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyada keçirilən beynəlxalq “Professional Services Management Excellence Awards 2025” müsabiqəsində “Texnologiyanın tətbiqində mükəmməllik” kateqoriyası üzrə mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, müsabiqədə müxtəlif ölkələrdən 100-dən çox qurum və qlobal şirkət iştirak edib.
Qeyd edək ki, İdarəedici Tərəfdaşlar Forumu tərəfindən “Harvard Business Review” və “Financial Times”lə partnyorluq çərçivəsində təşkil olunan müsabiqə dünya üzrə peşəkar xidmət qurumlarında əldə edilən innovativ nailiyyətləri qlobal səviyyədə tanıtmaq məqsədi daşıyır.