Bakı. Trend:
06 may 2025-ci il tarixində Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinintəşkilatçılığı və ölkəmizin lider investisiya şirkəti PAŞA Kapitalİnvestisiya Şirkətinin sponsorluğu ilə həyata keçirilən “ZİRVƏ –Zəfər İdarəçisinin Rəhbərlik Vizyonu və Ənənələri” idarəçilikmarafonunun rəsmi açılış mərasimi keçirilib.
Layihənin açılış mərasimində Dövlət Agentliyinin sədri ÜlviMehdiyev və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxışediblər.
“ZİRVƏ” idarəçilik marafonunun əsas məqsədi Ali BaşKomandan cənab İlham Əliyevin zəfər siyasətinin idarəetməvə liderlik sahəsində tətbiqinin geniş müzakirəsi, həmçinin tarixiyenidən yazan bu siyasətdən ilham alan gənc liderlərin, işgüzarşəxslərin bilik və bacarıqlarını artırmaqdır.
“İdarəetmədə yeni çağırışlar” mövzusunda keçirilən panelmüzakirəsində spiker qismində iştirak edən PAŞA Kapitalİnvestisiya Şirkətinin direktoru Ceyhun Hacıyev, müasirdövrdə maliyyə liderlərinin qarşılaşdığı sınaqlar, rəqəmsallaşma vəsüni intellektin maliyyə sektoruna təsirinə dair fikirlərinibildirib, öz təcrübələrini paylaşıb.
06 may – 06 iyul tarixləri arasında davam edəcək marafonçərçivəsində dövlət və özəl sektoru təmsil edən 150 rəhbər şəxsiniştirakı ilə aşağıdakı fəaliyyətlərin icrası nəzərdə tutulub:
- Dövlət rəsmiləri ilə təcrübə mübadiləsigörüşləri;
- “İdarəetmədə innovativ liderlik bacarıqları” mövzusundatəlimlər;
- “ASAN xidmət” modeli ilə tanışlıqtədbirləri;
- İşğaldan azad edilmiş ərazilərəinfoturlar.
Eyni zamanda qeyd edək ki, layihənin yekun mərhələsindəiştirakçıların təəssüratlarını əks etdirən “Təəssüratlartoplusu” adlı onlayn kitab nəşr olunacaq.
PAŞA Kapital İnvestisiya Şirkəti haqqında daha ətraflı məlumatüçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.